Ronaldu bugünkü oyuna buraxılmayacaq
Bizi izləyin

İdman

Ronaldu bugünkü oyuna buraxılmayacaq

"Yuventus" klubu özünün "Twitter"dəki səhifəsində İtaliya A seriyasının 24-cü turunun "Breşiya"ya qarşı matçının heyətini açıqlayıb.

Hücumçu Kriştianu Ronaldunun adı "Turin" klubunun siyahısına salınmayıb.

"Yuventus"un siyahısında Şensnının, Pinsolyonun, Buffonun, De Şilyonun, Kyellininin, De Liqtin, Aleks Sandronun, Danilonun, Bonuççinin, Ruqaninin, Ueslinin, Pyaniçin, Remzinin, Matyuidinin, Rabonun, Bentankurun, Dibalanın, Kuadradonun, İquainin, Oliverinin adları var.

İtaliya çempionatının 24-cü turunun "Yuventus" - "Breşiya" matçı bu gün, Turindəki "Alyans" stadionunda. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Yuventus”u 23 matçda 54 xal toplayaraq İtaliya A Seriyasının yarış cədvəlində 2-ci yeri tutur. "Breşiya" turnir cədvəlində 16 xalla sonuncu yerlərdən birində - 19-cu yerdə qərarlaşıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm