Messinin növbəti UĞURU: İlin idmançısı seçildi
Bizi izləyin

İdman

Messinin növbəti UĞURU: İlin idmançısı seçildi

"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi “Laureus World Sports Academy” ("Laureus" Dünya İdman Akademiyası) versiyaları üzrə 2019-cu ci ilin ən yaxşı idmançısı mükafatını qazanıb.

Publika.az xəbər verir ki, mükafatın verilməsi mərasimi Berlində keçirilib.

Messi 2018/19 yarış mövsümündə “Barselona”nın heyətində (36 qol) İspaniya çempionatının qalibi olub və 12 qolla Çempionlar Liqasının ən yaxşı bombardiri olub. O, "Barselona"nın heyətində İspaniya çempionatını udub. Toplam olaraq o mövsümdə klub səviyyəsində 51 qol vurub və "Qızıl buts"a layiq görülüb. Otuz iki yaşlı hücumçu (1 qolla) Argentina yığması ilə birlikdə Amerika Kubokunda üçüncü yeri tutub. Messi 2019-cu ildə "Qızıl top" mükafatına yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm