Xavi "Barselona" qarşısında ŞƏRTLƏR İRƏLİ SÜRDÜ
Bizi izləyin

İdman

Xavi "Barselona" qarşısında ŞƏRTLƏR İRƏLİ SÜRDÜ

"Barselona" və "Əl Sədd"in baş məşqçisi Xavi Hernandes arasındakı danışıqların təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, klubun sabiq yarımmüdafiəçi Kataloniya təmsilçisinin baş məşqçisi təyin olunması üçün bəzi şərtlər irəli sürüb.

Əvvəlcə, Xavi yayda "Barselona"nı çalışdıra biləcəyini söyləyib. İkincisi, o, transferlərə maksimum nəzarət və klubda ciddi hakimiyyət istəyib. Mütəxəssis, eyni zamanda əfsanəvi müdafiəçi Carles Puyol, metodologiya sahəsindəki sabiq direktor Joan Vilu, Yohan Kroyffun oğlu Jordin klubun strukturunda yer almasını istəyib. Bundan əlavə, Xavi komandanın tibbi qərargahının yenidən qurulmasını tələb edib. O, eyni zamanda məşqçilər korpusunda qardaşı Oskarı görmək istəyib.

Qeyd olunur ki, Xavinin tələbləri ilə tanış olduqdan sonra "Barselona" nın prezidenti Jozep Mariya Bartomeu onunla danışıqları təxirə salmaq və daha əlçatan bir mütəxəssisi klubun baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib. Nəticədə, "Betis"in sabiq çalışdırıcıs Enrike Setyenlə müqavilə imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm