Siyavuş Novruzov: “Bu təxribat idi, araşdırılacaq”
Bizi izləyin

İdman

Siyavuş Novruzov: “Bu təxribat idi, araşdırılacaq”

Siyavuş Novruzov: “Bu təxribat idi, araşdırılacaq”

Braziliyada təşkil olunan dünya çempionatı başa çatdı.

Ötən gecə baş tutan final oyununda Argentinanı 1:0 hesabı ilə yenən Almaniya yığması tarixində 4-cü dəfə dünya çempionu olaraq, 24 illik həsrətə son qoydu.

Braziliyada keçirilən dünya çempionatı siyasətçilərin də maraq dairəsində idi. Millət vəkili Siyavuş Novruzov yarımfinal qarşılaşmalarından əvvəl Publika.az-a verdiyi açıqlamada Braziliya azarkeşi olduğunu demişdi. (http://publika.az/p/29019)

Millət vəkili azarkeşlik etdiyi komandanın 1:7 hesablı məğlubiyyətini Publika.az-a belə şərh edib:

“Braziliya bütün oyunlarda qalib idi. Komandanın üç aparıcı üzvü ciddi zədələnib meydandan çıxdı. Neymarın və iki mərkəz müdafiəçisinin olmaması tamam boşluq yaratdı. Fikir verdinizsə, top olmaya-olmaya Neymara xüsusi şəkildə zədə yetirdilər. İstəyirdilər ki, o, növbəti oyunlarda meydanda olmasın.

Adətən, topla hərəkət edərkən belə halla qarşılaşırlar. Amma Neymar topsuz hərəkət edərkən zədə aldı. Hesab edirəm ki, bu, Neymara qarşı təxribatdır. Bununla bağlı FİFA-ya müraciət də olunub, qurum bunu araşdıracaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm