• USD 1,7000 0,00% EUR 1,8941 +2,18%
    • GBP 2,1182 +7,72% RUB 0,0215 +3,26%

Azərbaycan "Böyük Dəbilqə"də İLK MEDALINI QAZANDI

Azərbaycan "Böyük Dəbilqə"də İLK MEDALINI QAZANDI

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində 3-cü yer uğrunda görüşə çıxıb.

Publika.az-ın məlumatına görə, rəqib sloveniyalı Martin Hojak olub. Görüşün gedişində Hojakın burnundan bir neçə dəfə qan açılıb. Sona doğru Orucov vaza-ari xalı ilə qələbəyə nail olub.

Bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. İlk yarış günündə Orxan Səfərov 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Rüstəm Orucov Böyük Dəbilqədə mübarizəyə 1/32 final mərhələsindən başlayıb. 29 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Salvador Cases Roka, ABŞ təmsilçisi Aleksander Törner, misirli Məhəmməd Mohyeldin və monqolustanlı Tsonqbaatar Tsend-Oçirə qalib gəlib. Yarımfinalda isə Orucov cənubi koreyalı An Çanqrimə uduzub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR