Azərbaycan cüdoçusu Polşada MEDAL QAZANDI
Bizi izləyin

İdman

Azərbaycan cüdoçusu Polşada MEDAL QAZANDI

Polşanın paytaxtı Varşavada kişi və qadın cüdoçular arasında Açıq Avropa turniri start götürüb.

Publika.az xəbər verir ki, yarışda Azərbaycanı 11 kişi və 7 qadın tatami ustası təmsil edir. İlk yarış günündə yalnız Yaşar Nəcəfov fəxri kürsüyə yüksəlməyi bacarıb. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı bürünc medal qazanıb.

Nəcəfov ardıcıl olaraq, macarıstanlı Çaba Sabo və fransalı Rişar Verqneni mübarizədən kənarlaşdırsa da, 1/4 finalda monqolustanlı Sumiyabazar Enxtayvana uduzub. Təsəlliverici görüşdə o, italiyalı Andrea Karlinonu, 3-cü yer uğrunda qarşılaşmada isə ispaniyalı Xusto Nunyes Rodrigesi yenməyi bacarıb.

Qeyd edək ki, Açıq Avropa turnirinə martın 1-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm