"Neftçi" "Səbail"i məğlub edə bilmədi, "Qəbələ"dən əzmkar qələbə
Bizi izləyin

İdman

"Neftçi" "Səbail"i məğlub edə bilmədi, "Qəbələ"dən əzmkar qələbə

Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Publika.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. "Zirə" öz meydanında autsayder "Qəbələ"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıb.

Digər oyunda isə "Səbail" "Neftçi"nin qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Bu xal itkisindən sonra "Neftçi" əvvəlkitək lider "Qarabağ"dan 8 xal geri qalır.

1 mart

17:00. “Neftçi” – “Səbail” - 1:1
Qol:
Eriko da Silva, 55-avtoqol, Rauf Əliyev, 90+2 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bakcell Arena”

15:00. “Zirə” – “Qəbələ” - 1:2
Qol:
İlkin Muradov, 21 (1:0), Fernan Lopes, 80 (1:1),Rövlan Muradov, 87 (1:2)
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm