"Bizim üçün iş indi başlayır" - Kipr millisinin baş məşqçisi
Bizi izləyin

İdman

"Bizim üçün iş indi başlayır" - Kipr millisinin baş məşqçisi

“Bir neçə gün sonra Lüksemburqla yoldaşlıq oyununda üz-üzə gələcəyik və rəqibin gücünü görəcəyik”.

Publika.az-ın məlumatına görə, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

Belçikalı mütəxəssis bildirib ki, Azərbaycan, Lüksemburq və Monteneqro seçmələri ilə birlikdə mübarizə aparacaqları qrup haqqında nikbin düşünür:

“Çox maraqlı qrupa düşdük. Qarşıda yoldaşlıq oyunları var. Həm öz oyunumuzu, həm də rəqiblərimizi analiz edə biləcəyik. Bizim üçün iş indi başlayır. Sentyabr ayına qədər keçirəcəyimiz 4 yoldaşlıq matçından maksimum yararlanacağıq ki, oyunlara qədər tam hazır olaq”.

Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm