Azərbaycan hakimləri beynəlxalq turnirə təyinat aldı
Bizi izləyin

İdman

Azərbaycan hakimləri beynəlxalq turnirə təyinat aldı

Qadın hakimlərimiz beynəlxalq turnirə dəvət olunub.

AFFA-dan Publika.az-a verilən məlumata görə, FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyeva Gürcüstan Futbol Federasiyasının dəvətinə əsasən, 19 yaşadək qızlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21-26 aprel tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm