"Qəbələ" "Sumqayıt"ı darmadağın etdi
Bizi izləyin

İdman

"Qəbələ" "Sumqayıt"ı darmadağın etdi

Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış matçında "Qəbələ" doğma meydanında "Sumqayıt" komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ"nin heyətində 34-cü və 89-cu (penalti) dəqiqələrdə Nikolas Raysel, 37-ci dəqiqədə Amin Seydiyev, 52-ci dəqiqədə Rövlan Muradov, 63-cü dəqiqədə isə İviça Juniç fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm