"Keşlə" - "Qarabağ" oyununda insident baş verdi
Bizi izləyin

İdman

"Keşlə" - "Qarabağ" oyununda insident baş verdi

"Keşlə" - "Qarabağ" oyununda insident baş verib.

Publika.az-ın məlumatına görə, matçın son dəqiqələrində meydan sahiblərinin heyətində İlkin Qırtımovun qonaqlardan Abdullah Zubirə qarşı kobud oynamasından sonra futbolçular arasında mübahisə düşüb.

Daha sonra Maqaye Qaye də məsələyə qarışıb. Digər oyunçuların müdaxiləsindən sonra ara sakitləşib. Görüşün baş hakimi Əliyar Ağayev hər üç futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm