Hafiz Məmmədovun farm-klubu da dağıldı
Bizi izləyin

İdman

Hafiz Məmmədovun farm-klubu da dağıldı

Hafiz Məmmədovun farm-klubu da dağıldı

Azərbaycanda daha bir klub fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, I divizionda çıxış edən "Lokomotiv"in fəaliyyətinə son qoyulub.

Bu klub "Bakı"nın farm-klubu hesab olunurdu. Hazırda maliyyə problemlərini həll edə bilməyən “Bakı”nın prezidenti Hafiz Məmmədov farm-klubu buraxmaq qərarına gəlib.

"Bakı"nın taleyinin necə olacağı isə hələ də məlum deyil. Aparıcı futbolçular və məşqçilər korpusu komandanı tərk edib.

Hafiz Məmmədov “Bakı”dan FİFA-ya şikayət edən Ruslan Leviqa ilə Aleksandr Tomovskiyə olan borcu isə hələ də ödəməyib.

Borc ödənilməyəcəyi təqdirdə FİFA “Bakı”nı sərt cəzaya məruz qoyacaq.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, yaxın günlərdə “Bakı” da fəaliyyətini rəsmən dayandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm