UEFA AVRO-2020-nin taleyini həll edəcək - VACİB TOPLANTI
Bizi izləyin

İdman

UEFA AVRO-2020-nin taleyini həll edəcək - VACİB TOPLANTI

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 xəstəliyinin yayılma dərəcəsini pandemiya olaraq elan etdikdən sonra UEFA futbol yarışlarının gələcəyi üçün toplanmağa qərar verib.

Publika.az
xəbər verir ki, təşkilat video-konfrans vasitəsilə davam etməkdə olan liqalar və yazda təşkil olunacaq AVRO 2020 müsabiqəsinin aqibətini müəyyənləşdirəcək.

Son açıqlamaya görə, UEFA 55 üzv federasiyanı AVRO-2020 də daxil olmaqla, bütün müsabiqələri müzakirə etmək üçün martın 17-də video-konfransa dəvət edib. İtaliya və İspaniya kimi ölkələrdə futbol oyunlarının ləğv edilməsindən sonra koronavirus AVRO-2020-nin də təxirə düşmə ehtimalını artırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm