Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb

Publika.az-ın xəbərinə görə, əmrdə deyilir:

Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq

Ə M R E D İ R Ə M :

I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınsın.

Bakı şəhəri, 13 mart 2020-ci il

PFL-in prezidenti Ramin Musayev

Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm