
Türkiyə Superliqasında 25-ci turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, liderlərin görüşündə "Trabzonspor" "Başakşehir"i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Trabzonspor" - "Başakşehir" - 1:1
Qollar: Demba Ba, 56 (0:1), Şkrtel, 63-avtoqol (1:1)
Bu nəticədən sonra "Trabzonspor" və "Başakşehir" 53 xalla 1-ci və 2-ci yerləri bölüşür.