Avropada KRİTİK TOPLANTI - Azərbaycan da daxil olmaqla, 55 ölkə haqqında qərar veriləcək
Bizi izləyin

İdman

Avropada KRİTİK TOPLANTI - Azərbaycan da daxil olmaqla, 55 ölkə haqqında qərar veriləcək

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) 55 üzv ölkənin iştirakı ilə təcili toplantı keçirir.

Publika.az xəbər verir ki, toplantıda koronavirus təhdidinin futbolda yaratdığı problemlər müzakirə olunacaq.

Toplantı telekonfrans yolu ilə həyata keçiriləcək. Funksionerlər 2020-ci ilin futbol təqvimi əsasında keçiriləcək müsabiqələrin son vəziyyətini gündəmə gətirəcək. 2020 Avropa Çempionatı başda olmaqla, UEFA Çempionlar və Avropa Liqası, həmçinin üzv ölkələrin milli liqalarının son durumu paylaşılacaq.

Ana gündəm maddəsi Avropa Çempionatı olacaq. 12 ölkənin ev sahibliyi edəcəyi çempionatın təxirə salınması gündəmdədir. 12 iyun-12 iyul tarixləri arasında keçirilməsi planlaşdırılan AÇ oyunları Azərbaycan, Hollandiya, İtaliya, Macarıstan, Rusiya, Danimarka, İngiltərə, Şotlandiya, İrlandiya, İspaniya, Almaniya və Rumıniyada keçiriləcəkdi.

Qeyd edək ki, Çindən dünyaya yayılan koronavirus pandemiyasına görə, İngiltərə, Almaniya, Fransa, İtaliya, Hollandiya, İsveçrə, ABŞ Yaponiya, Səudiyyə Ərəbistanı bütün idman müsabiqələrini dayandırıb. Türkiyədə və Azərbaycanda, o cümlədən, bir sıra ölkələrdə matçlar tamaşaçısız oynanılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm