Almaniyanı 100 min insan qarşıladı - FOTOLAR - (Yenilənib)
Bizi izləyin

İdman

Almaniyanı 100 min insan qarşıladı - FOTOLAR - (Yenilənib)

Berlin aeroportu mühasirədə - Almaniya onları gözləyir

Almaniya yığması artıq vətənə qayıdıb.

Publika.az xəbər verir ki, yığmanı təxminən 100 min insan qarşılayıb. İnsanlar Brandenburq darvazalarının qarşısına səhər tezdən toplaşmağa başlayıb. Hətta bəzi azarkeşlər meydanda uyğun yer tutmaq üçün avtomobildə gecələməli olub.

16:16

10 minlərlə azarkeş Berlinin Otto Liliental adına aeroportunu mühasirəyə alıb.

Publika.az xəbər verir ki, azarkeşlər Braziliyada keçirilən dünya çempionatının qalibi olmuş Almaniya yığmasını qarşılamaq üçün aeroporta gəlib.

Almaniya yığması bu gün vətənə qayıdır. Berlinin Brandenburq darvazalarının qarşısında da qələbəlik yaşanır. Futbolçular aeroportdan xüsusi avtobusla şəhərə gələcək və məhz Brandenburq darvazalarının önündən keçəcək.

Qeyd edək ki, Almaniya mundialın finalında Argentinaya qalib gələrək (1:0) 4-cü dəfə dünya çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm