UEFA AVRO-2020-ni təxirə saldı
Bizi izləyin

İdman

UEFA AVRO-2020-ni təxirə saldı

UEFA 2020 Avropa Çempionatını təxirə salıb.

Publika.az xəbər verir ki, üzv ölkələrin iştirakı ilə keçirilən telekonfransda 1 il təxirə salınma təklifi 55 ölkəyə, 250 klubu təmsil edən Avropa Klubları Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) verilib.

Tərəflər təklifi qəbul edib və beləliklə, koronavirusa görə 12 ölkənin ev sahibliyi edəcəyi oyunların 2021-ci ildə keçirilməsi qərarlaşdırılıb.

Qərar UEFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Komitənin iclası saat 18:00-da keçiriləcək.

Xatırladaq ki, AVRO-2020 bu ilin 13 iyun-13 iyul tarixlərində keçirilməli idi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm