"Formula-1"də koronavirus səbəbilə daha bir DƏYİŞİKLİK
Bizi izləyin

İdman

"Formula-1"də koronavirus səbəbilə daha bir DƏYİŞİKLİK

"Formula-1" rəhbərliyi yay pauzasını mart və aprel aylarına keçirib.

Trend-in "Krasnaya vesna" agentliyinə istinadən verdiyi məlumata görə, COVİD-19 səbəbilə vaxtı dəyişdirilən pauzanın müddəti 14 gündən 21 günədək uzadılıb.

Bildirilir ki, komandalara müvafiq təlimat verilib.

Qeyd edək ki, yay pauzası "Formula-1"də komandaların maşınlar üzərində işləməsinin qadağan edildiyi müddətə deyilir. Yay pauzası yarış heyətlərinin çempionatının ortasında dincələ bilməsi üçün tətbiq edilib.

Xatırladaq ki, daha əvvəl Avstraliya, Çin, Vyetnam və Bəhreyn Qran Priləri təxirə salınıb. Mövsümün başlanğıcı 2020-ci ilin may ayına keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm