Məşhur klubun prezidenti koronavirusa qalib gəldi
Bizi izləyin

İdman

Məşhur klubun prezidenti koronavirusa qalib gəldi

“Olimpiakos"un sahibi və prezidenti Evangelos Marinakis koronavirusa qalib gəlib.

Publika.az xəbər verir ki, bu barədə sözügedən Yunanıstanın klubunun rəsmi saytı məlumat yayıb.

Marinakis koronavirus testinin müsbət nəticə verdiyini martın 10-da öz İnstaqram hesabında açıqlamışdı. Bu gün isə o, artıq xəstəliyə qalib gəldiyini və tam sağaldığını bəyan edib. Klub rəhbəri bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Marinakis həm də İngiltərənin “Nottingem Forset” klubunun sahibidi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm