Koronavirusa yoluxan Fatih Terimdən XƏBƏR VAR
Bizi izləyin

İdman

Koronavirusa yoluxan Fatih Terimdən XƏBƏR VAR

Koronavirusa yoluxan “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin qızı Buse Terim atası ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, Buse Terim paylaşımında atasının vəziyyətinin yaxşılaşdığını yazıb.

“Hər kəsə salam. Atamın vəziyyətinə maraq göstərənlər üçün deyim ki, yaxşıdır və yaxşılaşır. Ümid edirəm, daha da yaxşı olacaq. Bu xəstəliklə mübarizə aparan hər kəsə şəfa diləyirəm və sağalmasını arzu edirəm. Daha yaxşı xəbər verəcəyim günü səbirsizliklə gözləyirəm”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm