Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu
Bizi izləyin

İdman

Azərbaycan çempionatı dayandırıldı, qalib elan olundu

Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti virtual videoiclas keçirib.

Publika.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın davam etdirilməməsinə qərar verilib.

Turnir cədvəlində mövcud sıralamaya əsasən, 38 xalla lider olan "Zirvə Astara" klubu Azərbaycan çempionu elan olunub. İkinci pillədəki "Atom" (34 xal) gümüş, 3-cü sıradakı "Gəncə" (32) isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, fevralın 29-da keçirilən 20-ci turun oyunlarından sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci Azərbaycan çempionatında məcburi fasilə yaranmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm