Onların qiyməti “od tutub yanır”
Bizi izləyin

İdman

Onların qiyməti “od tutub yanır”

Onların qiyməti “od tutub yanır”

Braziliyada keçirilən dünya çempionatı bir çox futbolçuların qiymətinin qalxmasına səbəbə oldu.

Mundialda özünü göstərməyi bacaran futbolçuların qiyməti kifayət qədər yüksəlib. Onlardan bir neçəsi yeni kluba da transfer olunub. Özü də yeni klubları onlara görə mundiala qədər tələb olunandan daha artıq vəsait ödəyib. Publika.az mundialdan sonra qiyməti qalxan 7 futbolçu barədə məlumat verir:

1.Luis Suares, Uruqvay, “Barselona”

Dünya çempionatı başlayana qədər Suaresin dəyəri 52 milyon avro göstərilirdi. Mundialdan sonra “Liverpul” onu “Barselona”ya 81 milyon avroya satdı.

2.Xames Rodriges, Kolumbiya, “Monako”

Dünya çempionatının ən yaxşı bombardirinin qiyməti fantastik həddə yüksəlib. Yanvar ayında Rodrigesin dəyəri cəmisi 35 milyon avro idi. Ancaq indi Rodrigesi transfer etmək istəyən klub 90 milyon avrosundan keçməlidir.

3.Artur Vidal, Çili, “Yuventus”

“Yuventus”un və Çili yığmasının 27 yaşlı liderinin də qiyməti yüksəlib. Yanvar ayında transfer dəyəri 44 milyon olan Vidalı heyətinə qatmaq istəyən klub indi 60 milyon avro ödəməlidir.

4.Aleksis Sançes, Çili, “Arsenal”

“Barselona” Sançesi mundialdan sonra satmaqla xeyli gəlir əldə etdi. Yanvarda transfer dəyəri 30 milyon olan futbolçu “Arsenal”a 45 milyon avroya başa gəldi.

5.Klaudio Bravo, Çili, “Barselona”

Mundialda adından söz etdirən Bravo hər bir qapıçının arzuladığı karyeraya sahib oldu, “Real Sosyedad”ı “Barselona”ya dəyişdi. Yanvar ayında transfer dəyəri cəmisi 4 milyon avro olan Bravo üçün kataloniyalılar 12 milyon avro ödəməli oldu.

6.Keylor Navas, Kosta Rika, “Bavariya”

Mundialdan sonra dəyəri artan daha bir qapıçı Navasdı. “Levante” onu yanvar ayında satmaq istəsəydi cəmisi 4 milyon avro qazanacaqdı. Ancaq mundialdan sonra “Bavariya” Navasa görə 10 milyon avrosundan keçdi.

7.Stefan De Vrey, Hollandiya, “Feyenoord”

Stefan De Vrey dünya çempionatında ən yüksək qiymət almış futbolçulardan biridir. Onun çıxışı 9.7 balla dəyərləndirilib. Yanvarda transfer qiyməti 6 milyon avro olan futbolçu mundialdan sonra 2 dəfə bahalaşıb. Onunla “Mançester Yunayted” naraqlanır. De Vreyi almaq üçün “qırmızı şeytanlar” 12 milyon avro ödəməlidir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm