Fatih Terim: Hamınız üçün darıxmışam
Bizi izləyin

İdman

Fatih Terim: Hamınız üçün darıxmışam

Türkiyənin “Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim “İnstaqram” hesabından futbolçuları ilə etdiyi görüntülü söhbətin fotolarını paylaşıb.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis paylaşımın altına yazdığı mesajda bu ifadələrə yer verib:

“Hamınız üçün darıxmışam. Sizləri görmək məni çox xoşbəxt etdi. Azarkeşlərimizlə birlikdə görüşəcəyimiz günü maraqla gözləyirəm. Sağlam qalın”.

Xatırladaq ki, 23 martda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən Fatih Terim evə buraxılmışdı. Xəstəxanada 7 gün keçirsə də, 14 gün ərzində karantində qalması məqsədəuyğun hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm