UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi
Bizi izləyin

İdman

UEFA avrokubokların son tarixi ilə bağlı məlumatı təkzib etdi

UEFA Çempionlar Liqasının avqustun 3-dən gec olmayaraq başa çatdırılması barədə məlumatı təkzib edib.

Publika.az xəbər verir ki, məlumatda bu informasiyanın həqiqəti əks etdirmədiyi qeyd olunub: "Bu, doğru deyil. Prezident mövsümün sonu üçün dəqiq tarixin təyin edilmədiyini bildirib".

Bundan başqa, bütün yarışların başa çatdırılması üçün təqvim müəyyənləşdirilməli olduğu bildirilib.

Xatıradaq ki, Almaniyanın ZDF telekanalının yaydığı xəbərdə UEFA prezidenti Aleksander Çeferinin Çempionlar Liqasının avqustun 3-dən gec olmayaraq başlayacağını bildirdiyi qeyd olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm