Rüştü Reçber xəstəxanadan buraxıldı
Bizi izləyin

İdman

Rüştü Reçber xəstəxanadan buraxıldı

Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb.

"NTV Spor"un verdiyi məlumata görə, veteran qapıçı müalicəsinə evində davam edəcək.

Rəçbərdə koronavirusun simptomları martın 28-də aşkarlanıb. O, xəstəxanada 10 günədək müalicə alıb.

Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbağça" və "Beşiktaş", eləcə də İspaniya "Barselona"sının formasını geyinmiş Rüştü Rəçbər hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm