Argentinanı o idarə edəcək?
Bizi izləyin

İdman

Argentinanı o idarə edəcək?

Argentinanı o idarə edəcək?

“Barselona”nın keçmiş baş məşqçisi Xerardo Martino “Malaqa”nın və Paraqvay millisinin təklifini geri çevirib.

Publika.az xəbər verir ki, Martino Argentina yığmasını çalışdırmaq üçün bu təkliflərdən imtina edib. Martinonun yaxın günlərdə Argentina millisində Alexandro Sabellanı əvəzləyəcəyi bildirilir.

Paraqvay Futbol Assosiasiyasının vitse-prezidenti Federiko Akosta mətbuata verdiyi açıqlamada bu xəbəri təsdiqləyib:

“Biz Martinonu Paraqvay yığmasının sükanı arxasına qaytarmaq istəyirdik. Ancaq məlum oldu ki, Xerard Argentina ilə prinsipial razılıq əldə edib”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm