"Real"ın hücumçusu həbs oluna bilər
Bizi izləyin

İdman

"Real"ın hücumçusu həbs oluna bilər

"Real"ın hücumçusu Luka Yoviç həbs edilə bilər.

Publika.az xəbər verir ki, karantin qaydasını pozan futbolçu Cinayət Məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur. Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Ötən ay sevgilisinin ad gününü qeyd etmək üçün vətni Serbiyaya gedən Yoviç Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə də həbsdən qurtula bilər.

Xatırladaq ki, İspaniya mətbuatı bu hərəkətinə görə “Real”ın Yoviçi satacağını yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm