"Beşiktaş" məşqlərə başladı
Bizi izləyin

İdman

"Beşiktaş" məşqlərə başladı

Türkiyənin "Beşiktaş" klubu məşqləri bərpa edib.

Publika.az xəbər verir ki, ötən gün komandanın 5 futbolçusu "Nevzat Demir" bazasında məşq edib. Bunlar Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakurandır.

Bugünkü məşqdə isə Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson və gənc qapıçı Ersin Destanoğlu iştirak edib.

Bununla da, "Beşiktaş" koronavirus pandemiyasının yayılmasından sonra Türkiyədə məşqləri bərpa edən ilk klub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm