Azərbaycan futbolunda biabırçılıq – Yığmamızı İspaniyadan qovdular
Bizi izləyin

İdman

Azərbaycan futbolunda biabırçılıq – Yığmamızı İspaniyadan qovdular

Azərbaycan futbolunda biabırçılıq – Yığmamızı İspaniyadan qovdular

Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb.

Publika.az xəbər verir ki, bu dəfə qalmaqalın mərkəzində Tələbə Futbol Federasiyası durur. İspaniyanın Malaqa şəhərində keçirilən futzal üzrə tələbələrin dünya çempionatında iştirak edən Azərbaycan yığmasının saxtakarlığa əl atdığı bildirilir. Turnir çərçivəsində keçirilən ilk oyunda Belarusa 1:5 hesabı ilə məğlub olan milli, 2-ci görüşdə Omana qalib gəlib – 6:5.

3-cü turda, Rusiya ilə görüş ərəfəsində Azərbaycan yığmasının saxtakarlığa əl atdığı məlum olub. Komandamızın heyətində turnir üçün tələb olunan yaş həddini keçmiş futbolçuların olduğu müəyyənləşib. Nəticədə Rusiya ilə oyunda texniki məğlubiyyət alan (0:5) yığmamızı İspaniyadan qovublar.

Əldə etdiyimiz məlumata görə, federasiya rəsmiləri turnirə tələbələri yox, peşəkar futbolçuları aparıb. Amma onları heyətə daxil edərkən də yaş həddini nəzərə almayıblar. Federasiya rəsmilərinin saxtakarlığı Azərbaycanın nüfuzuna zərbə vurulması ilə nəticələnib.

Xatırladaq ki, Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev, vitse-prezidenti isə Oqtay Abdullayevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm