Roma Papasına hədiyyə göndərdilər - FOTO
Bizi izləyin

İdman

Roma Papasına hədiyyə göndərdilər - FOTO

Roma Papasına hədiyyə göndərdilər - FOTO

Dünya çempionatında 2-ci yeri tutan Argentina yığması Roma Papasına hədiyyə göndərib.

Publika.az xəbər verir ki, argentinalılar yığmanın azarkeşi olan Roma Papasına millinin imzalı formasını göndəriblər. Bu barədə məlumatı tvitterdə yığmanın üzvü Maksimiliano Rodriges yayıb. O, Messi ilə birlikdə nümayiş etdirdiyi formanın fotosunu da sosial şəbəkədə paylaşıb və bu şərhi yazıb:

“Bu, bizim Papa Fransiskoya göndərdiyimiz hədiyyədir”.

Qeyd edək ki, Roma Papası çılğın futbol azarkeşidir. O, Buenos-Ayresin “San-Lorenso” komandasına azarkeşlik edir. Roma Papası dünya çempionatında Argentina millisinə azarkeşlik etdiyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm