Qazaxların Tbilisi zəfəri
Bizi izləyin

İdman

Qazaxların Tbilisi zəfəri

Qazaxların Tbilisi zəfəri

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Publika.az xəbər verir ki, ötən axşam 5 oyun baş tutub.

Tbilisi "Dinamo"su evdə "Aktobe"yə yenilib - 0:1. "Styaua" eyni hesabla "Stromsqodset"ə qalib gəlib. "Ludoqorets" "Dudelange"ni 4:0 hesabı ilə darmadağın edib.

"Malmö" - "Ventspils" oyunu 0:0, "Legia" - "Sent Patriks" matçı 1:1 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, bu mərhələnin 12 oyunu iyulun 15-də keçirilmişdi.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyunlar

16 iyul

Dinamo (Tiflis, Gürcüstan) - Aktobe (Qazaxıstan) 0:1

Qol: Danilo Neko, 51.

Ludoqorets (Bolqarıstan) - Dudelange (Lüksemburq) 4:0

Qollar: Dani Abalo, 35. Roman Bezjak, 43. Aniset, 65. Fabio Espinyo, 68.

Malmö (İsveç) - Ventspils (Latviya) 0:0

Stromsqodset (Norveç) - Styaua (Rumıniya) 0:1

Qol: Qabriel İanku, 49.

Legia (Polşa) - Sent Patriks (İrlandiya) 1:1

Qollar: Miroslav Radoviç, 90+1 - Kristi Faqan, 38.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm