Boksçu qətlə yetirildi
Bizi izləyin

İdman

Boksçu qətlə yetirildi

Boksçu qətlə yetirildi

Boks üzrə Rusiya gənclər yığmasının üzvü Rəsul Hacımaqomedov öldürülüb.

Publika.az xəbər verir ki, boksçunu iyulun 13-də Krasnodar şəhərinin mərkəzində qətlə yetiriblər. İlkin versiyaya görə, boksçu 23 yaşlı Rustam-Bek Qurbanov adlı şəxslə mübahisə edib.

Mübahisə zəminində Qurbanov boksçunun boynuna bıçaqla zərbə endirərək qaçıb. Rəsul Hacımaqomedov yerindəcə keçinib.

Qatilin tutulması üçün federal axtarış elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm