AFFA “Bakı”ya sponsor tapıb
Bizi izləyin

İdman

AFFA “Bakı”ya sponsor tapıb

AFFA “Bakı”ya sponsor tapıb

AFFA "Bakı"ya sponsor tapıb. Publika.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov məlumat verib.

Baş katib bildirib ki, "Bakı" üçün iki sponsor tapıblar. Lakin Məmmədov həmin şirkətlərin adını açıqlamayıb:

"Hafiz Məmmədovla danışmışıq. O bizə söz verdi ki, vəziyyət düzələcək. Bu səbəbdən də “Bakı” sabah püşkatmada iştirak edəcək. Amma biz vəziyyətin düzəlməyəcəyi ehtimalını da nəzərə alaraq, “B” planı üzərində çalışırıq.

Hazırda iki şirkət “Bakı”ya sponsorluq etmək istəyir. İki şirkət olduğu üçün ad açıqlamaq istəmirəm. Onlar bu işdə maraqlıdırlar. Əgər vəziyyət düzəlməsə həmin şirkətlərdən biri yəqin ki “Bakı”ya sponsorluq edəcək”.

Qeyd edək ki, "Bakı" bir neçə aydı maliyyə problemindən əziyyət çəkir. Klub futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilmir. Bu səbəbdən baş məşqçi Milinko Pantiç və aparıcı futbolçular komandanı tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm