Pep onu bir daha islada bilməyəcək
Bizi izləyin

İdman

Pep onu bir daha islada bilməyəcək

Pep onu bir daha islada bilməyəcək

“Bavariya”nın futbolçusu Toni Kroosun “Real”a keçidi rəsmiləşib.

Publika.az xəbər verir ki, məlumatı hər iki klubun rəsmi saytı təsdiqləyib. Klubların əldə etdiyi razılığa görə, transferin maliyyə tərəfi açıqlanmır. Ancaq mətbuata sızan informasiyalarda “Real”ın “Bavariya”ya bu transferə görə 20-30 milyon avro arası vəsait ödədiyi bildirilir.

Futbolçunun özünün illik məvacibi isə 6,7 milyon avro olacaq. Kroosla 6 illik müqavilə bağlanıb.

Kroosun təqdimatı bu gün “Santyaqo Bernabeu”da olacaq. Buna qədər futbolçu tibbi müayinədən keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm