Hakimlərimiz Polşada bikarçılıqdan darıxır
Bizi izləyin

İdman

Hakimlərimiz Polşada bikarçılıqdan darıxır

Hakimlərimiz Polşada bekarçılıqdan darıxır

Hazırda Polşada təlim-məşq toplanışında olan hakimlərimiz çıxılmaz vəziyyətə düşüb.

Publika.az-ın verdiyi məlumata görə, buna səbəb hakimlərin idarə etməsi üçün oyunların olmamasıdır.

Hakimlər Antalyada təlim-məşq toplanışında olarkən hər gün 4-5 oyunu idarə etmək üçün sifariş alırdılar. Polşada isə idarə etməyə oyun tapılmır.

Təxminən 1 həftəyə yaxındır Polşada olan hakimlərimiz ümumilikdə 3-4 oyun idarə edib ki, bu da çox azdır. Dünən və srağagün hakimlərimizə ümumiyyətlə sifariş gəlməyib.

Bu da onu göstərir ki, hakimlərin Polşaya aparılması səhv qərardır. Səfərə getməzdən öncə Polşada təlim-məşq toplanışı keçirən komandaların olub-olmadığı müəyyənləşdirilməliydi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm