UEFA Superkubokunun iştirakçısı Bakıya gələcək
Bizi izləyin

İdman

UEFA Superkubokunun iştirakçısı Bakıya gələcək

UEFA Superkubokunun iştirakçısı Bakıya gələcək

2020-ci ildə keçiriləcək Avropa çempionatına Bakının ev sahibliyi etməsi üçün sifariş ərizəsi aprelin 23-də UEFA-ya təqdim olunub.

Publika.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın baş katibi Elxan Məmmədov verib:

“Bakı 13 ölkədən biri olsa, bu o deməkdir ki, paytaxtımız dünyanın nəhəng şəhərləri sırasında olacaq. Ümid edirik ki, qalib gələ biləcəyik. Digər tərəfdən də bizim bölgəyə ən yaxın olan şəhər Sankt-Peterburqdur. Bölgəni yalnız Bakının təmsil etməsi bizim üçün fəxrdir. Üstəlik Gürcüstan və Türkiyə də bu məsələdə bizə dəstək verir”.

Məmmədov deyib ki, 2015-ci ildə UEFA Superkubokunun Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsinin Azərbaycana da faydası dəyəcək. Belə ki, Superkubok iştirakçılarından biri oyunöncəsi Bakıda təlim-məşq toplanışı keçirəcək. O, Superkuboku qəbul edəcək ölkənin seçimində AFFA-nın Gürcüstanı dəstəklədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm