Həbibin atası insult keçirdi
Bizi izləyin

İdman

Həbibin atası insult keçirdi

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov insult keçirib.

Publika.az Vesti.ru-ya istinadla xəbər verir ki, bu barədə dağıstanlı idman şərhçisi Ramazan Rabadanov məlumat verib.

Rabadanovun sözlərinə görə o, ürək əməliyyatından sonra insult keçirib: "Yeddi gün komada qaldı. İndi Nurməhəmmədovun vəziyyəti ağırdır. Ona ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Koronavirus infeksiyası diaqnozu hələ təsdiqlənməyib".

Bildirək ki, 58 yaşlı Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. Səhhəti pisləşdikdən sonra o, Moskva xəstəxanalarının birinə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm