Süleymanovdan növbəti istefa şousu, yoxsa…
Bizi izləyin

İdman

Süleymanovdan növbəti istefa şousu, yoxsa…

Süleymanovdan növbəti istefa şousu, yoxsa…

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov yenə də istefa verib.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Avropa Liqasının ikinci təsnifat mərhələsində "Koper"i oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Xatırladaq ki, Süleymanov buna qədər “Neftçi”də tutduğu vəzifədən bir neçə dəfə istefa verib. Hətta mətbuatda Süleymanovun istefanı şouya çevirdiyi də vurğulanır.

Ona görə də Süleymanovun bu istefası barədə də konkret fikir söyləmək olmur, “vitse-prezident istefa verib, ya yox” sualı açıq qalır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm