“İnter”ə asan rəqib – “Bursaspor” Bakıya gələcək?
Bizi izləyin

İdman

“İnter”ə asan rəqib – “Bursaspor” Bakıya gələcək?

“İnter”ə asan rəqib – “Bursaspor” Bakıya gələcək?

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, "İnter"lə "Neftçi"nin də rəqibləri müəyyənləşib.

II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edib. Belə ki, səbətdən "İnter" və "Neftçi" deyil, "Elfsborq" - "İnter" və "Neftçi" - "Koper" cütü çıxıb.

Püşk "Elfsborq" (İsveç) - "İnter" (Azərbaycan) cütünün qalibini "Neman" (Belarus) - "Hafnarfyordur" (İslandiya) matçlarının qalibi ilə üz-üzə qoyub. "İnter" səfərdə keçirdiyi ilk oyunda rəqibini 1:0 hesabı ilə yenib. "Neman" - "Hafnarfyordur" oyunu isə 1:1 hesabı ilə başa çatıb.

"Neftçi" (Azərbaycan) - "Koper" (Sloveniya) cütünün qalibi "Bursaspor" (Türkiyə) - "Çixura" (Gürcüstan) oyunlarının qalibi ilə qarşılaşacaq. "Neftçi" evdə keçirdiyi ilk oyunda sloveniyalılara yenilib - 1:2. "Bursaspor" - "Çixura" oyunu isə 0:0 hesabı ilə başa çatıb. "Neftçi" "Koper"i keçsə, "Bursaspor" "Çixura"nı mübarizədən kənarlaşdıraraq Bakıya gələ bilər.

Avropa Liqası

III təsnifat mərhələsi

Elfsborq (İsveç)//İnter (Azərbaycan) - Neman (Belarus)//Hafnarfyordur (İslandiya)

Neftçi (Azərbaycan)//Koper (Sloveniya) - Bursaspor (Türkiyə)//Çixura (Gürcüstan)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm