Azərbaycan Premyer Liqası bərpa oluna bilər
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqası bərpa oluna bilər

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Publika.az
AFFA-nın saytına istinadən xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq .

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən mart ayından Azərbaycanda futbol yarışları dayandırılıb. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, mayın 31-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm