Dördüncü gündə bir bürünc
Bizi izləyin

İdman

Dördüncü gündə bir bürünc

Dördüncü gündə bir bürünc

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

46 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova yarışa Rusiya güləşçisi üzərində qələbə iə başlasa da, Yaponiya təmsilçisi ilə görüşü uduzub.

Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Türkan burada Belarus güləşçisini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Almaniyadan olan rəqibini təmiz qələbə ilə üstələyən güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, yeniyetmə qızların yarışında ilk gün güləşçilərimiz 1 gümüş medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm