İdman
“Beşiktaş” səfərdə “Dənizlispor”u darmadağın etdi
Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada "Dənizlispor" doğma meydanda “Beşiktaş”ı qəbul edib.
Publika.az xəbər verir ki, hesabı matçın 10-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Burak Yılmaz açıb. Meydan sahibləri 53-cü dəqiqədə Oskar Estupinanın qolu sayəsində hesaba tarazlıq gətiriblər. Lakin qonaqların futbolçularından Gökhan Gönül (60), Kevin Nkoudou (67), Adəm Lyayiç (75) və Abdulay Diabi (78) fərqlənərək “Beşiktaş”ın qələbəsini rəsmiləşdiriblər.
Beləliklə, “Beşiktaş” səfərdə “Dənizlispor”u 5:1 hesabı ilə darmadağın edib.
Günün digər oyunlarında “Kayserispor” doğma divarlar arasında “Gənclərbirliyi”ni iki cavabsız topla məğlub edib. “Göztəpə” isə səfərdə “Yeni Malatyaspor”a 2:1 hesabı ilə uduzub.
Bundan əlavə, turda iyunun 21-də "Kasımpaşa" – "Fənərbağça", "Konyaspor" – "Sivasspor", "Qalatasaray" –"Qaziantep" komandaları qarşılaşacaq. XXVIII tura iyunun 22-də "Alanyaspor" – "Trabzonspor" və "Antalyaspor" – "Rizəspor" görüşləri ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda "Başakşəhər" 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş "Trabzonspor" 56 xalla ikincidir. "Sivasspor" 52 xalla üçüncü, "Qalatasaray" klubu isə 50 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş" (47 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.
-
Qoroskop06:46
Yeni həftə bürclər üçün nə vəd edir? - Uğurun açarı öz əlinizdədir
-
Magazin104:14
Damlanın ABŞ-a girişinə bir illik QADAĞA QOYULDU
-
Dünya03:43
Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi
-
Magazin202:42
Məşhur model alt paltarında pozalar verdi - FOTO
-
Əmlak01:41
Bu ərazidə torpaq BAHALAŞIR - Sotu 2 minə idi, 15 minə satılacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınızda kəskin dəyişikliklər olacaq
-
İdman14 Noyabr 23:24
Lukaşenkonun futbolçu karyerası belə bitibmiş - VİDEO
-
Avropa14 Noyabr 22:00
DƏHŞƏT: "TikTok"dan plastik cərrah tapan qızın klinikadan MEYİTİ ÇIXDI