Braziliya ona həvalə olundu
Bizi izləyin

İdman

Braziliya ona həvalə olundu

Braziliya ona həvalə olundu

Braziliya Futbol Konfederasiyası (CBF) yığmaya yeni baş məşqi təyin edib.

Publika.az xəbər verir ki, dünya çempionatından sonra istefa verən Skolarinin yerinə Dunqa təyin olunub. Yeni baş məşqçinin təqdimat mərasimi iyulun 22-də keçiriləcək.

Qeyd edək ki, Dunqa 2006-2010-cu illərdə Braziliya millisinə başçılıq edib. Onun rəhbərliyi altında Braziliya 2007-ci ildə Amerika kubokunu, 2009-cu ildə isə Konfederasiyalar kubokunu qazanıb.

50 yaşlı mütəxəssis 2010-cu ildə keçirilən dünya çempionatında Braziliya yığması 1/4 finalda Hollandiyaya məğlub olandan sonra istefaya göndərilmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm