• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

"Beşiktaş" gürcü futbolçunu transfer edir

  • İdman
  • 2 İyul 2020 07:20
  • 530 Baxış
"Beşiktaş" gürcü futbolçunu transfer edir

"Beşiktaş" ikinci transferini tamamlayıb.

Publika.az xəbər verir ki, İstanbul təmsilçisi Gürcüstanın "Dinamo" klubunun yarımmüdafiəçisi Nika Ninuanın transferini böyük ölçüdə həll edib.

"Ağ-qaralar" gürcü yarımmüdafiəçi üçün Tbilisi təmsilçisinə 700 min avro təzminat ödəyəcək. Nika Türkiyə klubunda illik 300-350 min avro maaş alacaq. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacaq.

"Dinamo"nun yetirməsi ötən mövsüm 37 oyunda 8 qol vurub, 11 assist edib. O, ötən mövsüm Gürcüstanda ilin futbolçusu seçilib. Komandanın kapitanı bu mövsüm keçirdiyi 9 oyunda 2 qol vurub.

"Beşiktaş" daha öncə "Alanyaspor"un müdafiəçisi Fabris Nsakala ilə anlaşıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR