Ata və oğlanları şoka düşdü – “Qızıl”a bürüdülər - VİDEO
Bizi izləyin

İdman

Ata və oğlanları şoka düşdü – “Qızıl”a bürüdülər - VİDEO

Ata və oğlanları şoka düşdü – “Qızıl”a bürüdülər - VİDEO

"Nickelodeon Kids' Choice Sports Awards" (“Nickelodeon Kidsdən İdman Mükafatları”) mərasimində səhnəyə çıxan Devid Bekhem gözləmədiyi bir sürprizlə qarşılaşıb.

Bekhem mükafatını almaq üçün səhnəyə oğlanları ilə –11 yaşlı Romeo və 9 yaşlı Kruzla birlikdə çıxıb.

Mikrofon qarşısında çıxış etməyə hazırlaşan Bekhemlərin üzərinə birdən-birə zərli maye tökməyə başlayıblar.

Başdan ayağa “qızıl”a bürünən Devid Bekhem və Romeo düşdükləri vəziyyətə gülərkən, kiçik oğlu Kruz tamamilə şok vəziyyətdə başlarına nəyin gəldiyini anlamağa çalışıb. Bununla da tədbir təşkilatçıları Bekhemin “qızıl adam” olduğuna işarə ediblər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm