Baş məşqçi dörd aydı vətənə gələ bilmirdi - SƏBƏB
Bizi izləyin

İdman

Baş məşqçi dörd aydı vətənə gələ bilmirdi - SƏBƏB

Qadın voleybolçulardan ibarət "Cakarta" komandası ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbovun Azərbaycana qayıdacağı vaxt müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə 38 yaşlı mütəxəssisin özü məlumat verib.

O, hazırda Türkiyənin İstanbul şəhərində olduğunu və iyulun 9-da Bakıya gələcəyini bildirib.

Qeyd edək ki, Ziya Rəcəbov mart ayından bəri koronavirus pandemiyası dövründə uçuşların olmaması səbəbindən İndoneziyadan Vətənə dönə bilmirdi. / Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm