Türkiyə futbolu ilə bağlı VACİB QƏRARLAR
Bizi izləyin

İdman

Türkiyə futbolu ilə bağlı VACİB QƏRARLAR

Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında keçiriləcək final matçının vaxtı və yeri müəyyənləşib.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub. Qərara əsasən, qarşılaşma iyulun 29-da İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil ediləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da çalınacaq.

Türkiyə Super Liqasında növbəti mövsüm isə sentyabrın 11-də başlayacaq və 2021-ci il mayın 16-da yekunlaşacaq. Bununla əlaqədar yay transfer dövrü avqustun 4-dən sentyabrın 5-dək davam edəcək.

Superliqa klubları 2020/2021 mövsümündə maksimum 14 legionerlə müqavilə bağlaya biləcəklər. Onlardan biri 1 yanvar 1996-cı il və sonra doğulan futbolçulardan olacaq və yalnız 8-i start heyətdə yer alacaq. Bundan başqa matçın 21 nəfərlik iştirak ərizəsində aşağı yaş qruplarından yetişmiş 1 yanvar 1998-ci il və sonra anadan olmuş bir oyunçunun olması tələbi qoyulacaq.

2021/2022 mövsümündə legioner sayı maksimum 12, onlardan ən azı biri 1 yanvar 1998-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 7-si, aşağı yaş qrupundan isə 1 yanvar 2020-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.

2022/2023 mövsümündə legioner sayı maksimum 10, onlardan ən azı biri 1 yanvar 2000-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 6-sı, aşağı yaş qrupundan isə 1 yanvar 2022-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm