“Neftçi”də yeni məşqçi təyinatı - FOTO
Bizi izləyin

İdman

“Neftçi”də yeni məşqçi təyinatı - FOTO

"Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm