Albaniya Prezidenti millimizin baş məşqçisini təbrik etdi - FOTO
Bizi izləyin

İdman

Albaniya Prezidenti millimizin baş məşqçisini təbrik etdi - FOTO

Albaniya Prezidenti İlir Meta Azərbaycan millisinə baş məşqçi təyin edilmiş Canni De Byazini bu münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, Prezident şəxsi "Facebook" hesabında italiyalı mütəxəssislə fotosunu paylaşıb və ona uğurlar arzulayıb:

"Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz yaranacaq. Bu təyinata sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq".

Qeyd edək ki, De Byazi 2011 - 2017-ci illərdə Albaniya yığmasına baş məşqçilik edib. Albaniya millisi onun başçılığı altında ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm